Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə  “1-ci studiya”da - VİDEO

06 Yanvar 2021

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Xəzər” televiziyasının “Birinci studiya” verilişinin qonağı olub. Verilişdə Qarabağa – işğaldan azad olunmuş torpaqlara qayıdış fonunda kənd təsərrüfatının prioritetləri barədə söhbət gedib, eləcə də ölkədə kənd təsərrüfatı sahəsinin inkişafından, görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.

Mərkəz direktoru qeyd edib ki, bütün dünyanı saran koronavirus pandemiyasının iqtisadiyyatın bütün sahələrinə təsiri nəticəsində qlobal geriləmə fonunda ötən il Azərbaycanda kənd təsərrüfatında 2 faiz civarında artım qeydə alınıb.

Verilişdə ötən il aqrar sahədə müşahidə olunan reallıqlara, problemlərə, tendensiyalara toxunulub, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası planları barədə geniş məlumat verilib.

Verilişin videoyazısını təqdim edirik: