Image

İşğaldan azad olunan ərazilərdə əkin sahələrinin bərpasına başlanılıb - VİDEO

15 Yanvar 2021

İşğaldan azad olunan ərazilərdə əkin sahələrinin bərpası istiqamətində işlərə artıq başlanılıb. Bunu Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasına müsahibəsində deyib.

Mərkəz rəhbəri eləcə də bu həftə bir neçə telekanala müsahibə verib, işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun inkişafı ilə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən, o ərazilərin kənd təsərrüfatı potensialından danışıb, eləcə də ötən il ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafını dəyərləndirib, müsbət inkişaf dinamikasının ötən il də davam etdiyini vurğulayıb.

Eləcə də bir sıra maraqlı məqamlara toxunulan verilişlərin videoyazılarını təqdim edirik: