Image

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

22 Sentyabr 2026

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 29-da saat 10:00-da Şabran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarının sakinləri Şabran DAİM-ə (077-553-96-13) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.