22 Oktyabr 2026
Lənkəranda gənclərin aqrar sahədə karyera imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və sahibkarlıq təşəbbüslərinin təşviqi məqsədilə “Rəqəmsal torpaq və yaşıl turizm, süni intellekt dövründə gənclər üçün yeni məşğulluq və sahibkarlıq modelləri” mövzusunda seminar təşkil olunub.
Seminar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə Lənkəran Dövlət Universitetində və Lənkəran Dövlət Peşə Liseyində aqrar sahə üzrə təhsil alan tələbələr, eləcə də öz biznesini aqrar sahədə qurmaq istəyən gənclər iştirak ediblər.
Proqramın əsas məqsədi müasir dövrdə kənd təsərrüfatının dəyişən inkişaf istiqamətləri, rəqəmsal həllərin aqrar istehsalda rolu, yaşıl turizmin potensialı və süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar barədə gənclərin məlumatlılığını artırmaq olub. Eyni zamanda, iştirakçıların əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların innovativ biznes ideyalarına marağının artırılması diqqət mərkəzində saxlanılıb.
Tədbir çərçivəsində gənclərə aqrar sahənin karyera quruculuğu baxımından üstünlükləri, kənd təsərrüfatında müasir texnologiyalardan istifadə, aqroturizmin inkişaf perspektivləri və yeni sahibkarlıq modelləri haqqında müvafiq tövsiyələr verilib. Xüsusilə, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal proseslərinin rəqəmsallaşdırılması, süni intellekt vasitəsilə məlumatların təhlili və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkili kimi məsələlərin əhəmiyyəti vurğulanıb.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil edilən aqrar sahədə rəqəmsallaşma, yaşıl iqtisadiyyat və innovativ sahibkarlıq imkanları barədə maarifləndirici tədbirlər gənclərin gələcəyin əmək bazarına hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə bilik və bacarıqların artırılması həm kənd təsərrüfatının müasir tələblərə uyğun inkişafına, həm də regionlarda yeni məşğulluq imkanlarının yaranmasına şərait yaradır.