Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “Real” televiziyasının qonağı olub - VİDEO

10 Mart 2021

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasının qonağı olub. Verilişdə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və prioritetlər barədə söhbət gedib, görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.

Mərkəz direktoru işğaldan azad olunmuş rayonlar üzrə kənd təsərrüfatının ənənəvi strukturuna nəzər salıb, kənd təsərrüfatı məhsullarının əsasən 3 istiqamətdə -ölkənin ərzaq təhlükəsizliyi, ixrac potensialı və emal sənayesi baxımından, eləcə əməktutumluluq və məşğulluq sarıdan dəyərləndirməsini aparıb.

Həmçinin mərkəz rəhbəri sözügedən bölgə üçün yeni trend olacaq meyvəçiliyin perspektivlərindən danışıb.

Verilişdə azad olunmuş ərazilərə qayıdış, kənd təsərrüfatının bərpası planları, torpağın mülkiyyət forması, təsərrüfat sisteminin qurulması yönündə də maraqlı müzakirələr aparılıb, reallıqlara, problemlərə toxunulub.

Verilişin videoyazısını təqdim edirik: