Image

ATM Platformasında növbəti seminar keçirilib

09 Aprel 2021

Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması” – ATM Platforması tərəfindən 7-9 aprel tarixlərində “Zeytun zərərvericilərinə qarşı mübarizə üsulları” mövzusunda 3 günlük seminar keçirilib. Seminarın təşkilatçıları Aqrar Tədqiqatlar Mərkəzi və “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyidir.

Seminarı “Ekostil-Azərbaycan”ın sədri Elman Yusifov aparıb.

Seminarda zeytun istehsalı ilə məşğul olan özəl şirkətin, habelə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzinin və Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları iştirak edib.

Seminar iştirakçılarına zeytun zərərvericiləri, onların törətdiyi xəstəliklər, zərərvericilər və xəstəliklərlə müasir mübarizə üsulları haqda geniş və təfsilatlı məlumatlar verilib.

Seminarın son günü iştirakçılara sertifikatlar təqdim edilib.