Image

Aqrar Tədqiqatlar Mərkəzində yeni qəbul olunan doktorant və dissertantlarla görüş keçirilib

23 Aprel 2021

Aqrar Tədqiqatlar Mərkəzində 2021-ci ildə Mərkəzin doktorantura və dissertanturasına qəbul olunan doktorant və dissertantlarla görüş keçirilib. Görüşdə yeni qəbul olunan doktorant və dissertantların tədqiqat istiqamətləri və mövzuları üzrə müzakirələr aparılıb.

Mərkəzin direktoru Firdovsi Fikrətzadə yeni qəbul olunan doktorant və dissertantları təbrik edərək bu məsuliyyətli işdə müvəffəqiyyətlər arzulayıb, dissertasiya işlərinin yerinə yetirilməsi ilə bağlı tövsiyələrini verib.

Qeyd edək ki, 2021-ci ildə Aqrar Tədqiqatlar Mərkəzinin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına 2, dissertanturasına 1 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturasına 1 nəfər qəbul olunub.