29 Aprel 2021
Azərbaycanda pambıq bitkisi 100,3 min hektar ərazidə əkilir. Bunun böyük hissəsi – 90,7 min hektarı Aran regionunun payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları Saatlı, Sabirabad, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Salyandır.
Bundan başqa, pambıq Goranboy rayonunda (Gəncə-Qazax regionu), Cəlilabad rayonunda (Lənkəran regionu), Füzuli, Ağdam və Tərtər rayonlarında (Yuxarı Qarabağ regionu) və Ağsu rayonunda (Dağlıq Şirvan regionu) əkilir.
Ölkə üzrə pambıq sahələrinin orta məhsuldarlığı 33,6 sentner təşkil edir.
1 kiloqram pambığın orta satış qiyməti 65 qəpikdir.
Bu hesabla pambıq tarlasında hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 2200 manat təşkil edir.
Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələri nəzərə alınaraq ölkənin regionları üzrə fərqlənir. Belə ki, pambıq məhsulu üzrə sığorta tarifi Aran regionunda 0,95%, Yuxarı Qarabağda 1,18%, Gəncə-Qazax regionunda 2,91%, Lənkəran regionunda 0,79%, Yuxarı Şirvan regionunda 1,35% təşkil edir.
Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifi nəzərə alınmaqla 1 hektar pambıq sahəsinin orta sığortahaqqı aşağıdakı kimidir:
Aran regionu - təqribən 21 manat.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 10,5 MANAT,
Dövlətin ödədiyi məbləğ – 10,5 manat.
Yuxarı Qarabağ regionu - təqribən 26 manat.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 13 MANAT,
Dövlətin ödədiyi məbləğ – 13 manat.
Lənkəran regionu (Cəlilabad) - təqribən 18 manat.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 9 MANAT,
Dövlətin ödədiyi məbləğ – 9 manat.
Gəncə-Qazax regionu (Goranboy) - təqribən 64 manat.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 32 MANAT,
Dövlətin ödədiyi məbləğ – 32 manat.
Dağlıq Şirvan regionu (Ağsu) - təqribən 30 manat.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 15 MANAT,
Dövlətin ödədiyi məbləğ – 15 manat.
Qeyd: Hesablama ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığortahaqqı fərqli ola bilər.
Bütün hallarda fermer sığortahaqqının yalnız 50%-ni ödəyir, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir.
Daha ətraflı: https://asf.gov.az/bitkichilik