Image

Fındıq bağının sığortalanması qaydası açıqlanıb

29 Aprel 2021

Aqrar Sığorta Fondu fındıq sahələrinin sığortalanması üzrə tarifləri və bununla bağlı sadə hesablamanı açıqlayıb. Fonddan verilən məlumata görə, Azərbaycanda fındıq bağları ən çox iki bölgədədir - Şəki-Zaqatala və Quba-Xaçmaz regionları.

Fındığın sığorta tarifi isə regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri:

Şəki-Zaqatala regionunda - 3,21%,

Quba-Xaçmaz regionunda – 1,31% təşkil edir.

Statistika göstərir ki, 1 hektar fındıq bağının orta məhsuldarlığı:

Şəki-Zaqatala regionunda - 11 sentner,

Quba-Xaçmaz regionunda - 12,3 sentnerdir.

Fındığın orta qiyməti isə 3,6 manat/kq-dir.

Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür. Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür.

Məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq 1 hektar fındıq sahəsinin orta sığorta haqqı:

 

Quba-Xaçmaz regionunda - təqribən 60 manat.

Bundan:

FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ - 30 MANAT,

Dövlətin ödədiyi məbğləğ – 30 manat.

 

Şəki-Zaqatala regionunda - təqribən 128 manat.

Bundan:

FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ - 64 MANAT,

Dövlətin ödədiyi məbləğ – 64 manat təşkil edir.

Hesablama ölkə üzrə orta statistik məlumatları nəzərə almaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığortahaqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığortahaqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək. Daha ətraflı: https://asf.gov.az/bitkichilik.

Qeyd edək ki, fermerlər və sahibkarlar Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olaraq buradakı “Bitkiçilik üzrə sığorta kalkulyatoru” və “Heyvandarlıq üzrə sığorta kalkulyatoru” vasitəsilə öz əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortahaqlarını özləri müstəqil şəkildə hesablaya bilərlər.