Yeniliklər | Aqrar Tədqiqatlar Mərkəzi
Image

Çəltiyin məhsuldarlığı artır...

19 May 2021

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) Analitika departamentinin müdiri Səadət Hacıyeva Azərbaycan Televiziyasına çəltik istehsalı ilə bağlı məlumat verib.

Çəltiyin əkin sahələri ilə bağlı danışan mütəxəssis ötən il quraqlığa baxmayaraq məhsuldarlığın yüksək olduğunu deyib. Bildirib ki, 2020-ci ildə hər hektardan 32.8 sentner çəltik yığılıb.

Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında 328 hektar sahədə çəltik əkini aparılıb, əkin davam edir.

Verilişin videoyazısını təqdim edirik:

https://www.facebook.com/atm.gov.az/posts/3956284214449217