Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “İşgüzar səhər”də

26 May 2021

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “ARB 24” telekanalının “İşgüzar səhər” verilişinin qonağı olub.

Verilişdə işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı istehsalının potensialından söhbət açılıb. Mərkəz rəhbəri qeyd edib ki, bu ərazilərdə kənd təsərrüfatı tam bərpa olunandan sonra ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalını 8 faiz civarında artırmaq imkanımız olacaq.

“Ümumən isə gözləntilərimiz budur ki, intensiv bağların salınması, intensiv fermaların genişləndirilməsi, bütün sahələrdə məhsuldarlığın artırılması hesabına 2025-ci ilə qədər kənd təsərrüfatı hər il orta hesabla 3,7 faiz artacaq. Məlumat üçün deyim ki, 2015-2020-ci illər ərzində kənd təsərrüfatı hər il orta hesabla 3,55 faiz artıb”, -direktor bildirib.  

Verilişin videoyazısına baxmaq üçün aşağıdakı linkə keçid edin: