16 İyul 2019
Son zamanlar Azərbaycanda kənd təsərrüfatı sahəsində köklü islahatlar aparılır. Bu islahatlar hansı müsbət nəticələrə gətirib çıxarıb? Aqrar sektordakı vəziyyət, yeniliklər və gələcək planlar haqda Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə CBC Azərbaycan telekanalına müsahibəsində danışıb.
Müsahibədə Aqrar Tədqiqatlar Mərkəzinin planları, daha keyfiyyətli və maya dəyəri ucuz məhsul əldə etmək üçün atılan addımlar və digər məsələlər haqqında da müzakirə aparılıb.
Firdovsi Fikrətzadə bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artımın mövsümi xarakter daşıdığını bildirib: “İyunda istixana istehsalı dayandırır, açıq sahədə pomidor yetişdirilməsinə başlanılır. Bu dövr avqustun əvvəllərinə qədər davam edir. Hazırda isə hava şəraiti bu prosesi bir qədər ləngitdi və bu da qiymət artımını şərtləndirdi. Nəzərə almaq lazımdır ki, iyunda pomidorun qiyməti çox ucuz idi. Bir-iki həftəyə açıq havada yetişdirilən məhsul bazara çıxınca, qiymətlər enəcək”.