16 Avqust 2021
Azərbaycanda payızlıq taxıl əkini mövsümü yaxınlaşır. Aqrar Sığorta Fondu bəyan edir ki, fermerlər əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qorumaq barədə indidən düşünməlidirlər. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi vasitəsilə taxıl sahələrini sadalanan risklərdən qorumaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Təqribən 1200 manatlıq taxıl yığılan 1 hektar sahəni yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir:
Qarabağ regionu - 10 manat
Şərqi Zəngəzur regionu - 10 manat
Şəki-Zaqatalada – 16-17 manat
Lənkəran–Astara regionu - 7 manat
Qazax–Tovuz ərazisi – 24-25 manat
Mərkəzi Aran rayonları - 8 manat
Quba-Xaçmaz bölgəsi - 7 manat
Mil-Muğan regionu - 8 manat
Abşeron-Xızı bölgəsi - 7 manat.
Gəncə-Daşkəsən regionu – 24-25 manat
Şirvan-Salyan zonası - 8 manat
Dağlıq Şirvan bölgəsi - 11-12 manat
Bakı - 7 manat.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığortahaqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığortahaqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.