20 Avqust 2021
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Eskişehir Teknik Universiteti arasında onlayn keçirilən görüşdə “Mevlana” proqramı və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumun məqsədi gələcəkdə ikili diplom proqramlarının hazırlanması, təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların qarşılıqlı mübadiləsidir.
İclasda çıxış edən ADAU rektoru, professor İbrahim Cəfərov bildirib ki, iki universitet arasında qarşılıqlı əməkdaşlıq xüsusilə mühəndislik ixtisasında təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ciddi töhfələr verəcək.
Eskişehir Teknik Universitetinin rektoru Tuncay Döğeroğlu qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib. O əlavə edib ki, əsası 2018-ci ildə qoyulan Eskişehir Teknik Universitetinin hazırda 5 fakültə və 12000-dən çox tələbə, 660-dan çox akademik heyəti var.
Görüşdə çıxış edənlər iki universitet arasında əməkdaşlığın perspektivi və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.