Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “Real”a ölkədə taxılçılığın vəziyyətindən danışıb - VİDEO

21 Sentyabr 2021

Son vaxtlar dünya bazarında buğdanın bahalaşması Azərbaycanda da narahatlığa səbəb olub. Bütün dünyada buğda yığımının yekunlaşmaqda olduğu dövrdə təbii iqlim şəraitinin, xüsusən də quraqlığın təsiri ilə istehsalın azaldığı bildirilir, müxtəlif proqnozlar səsləndirilir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasına danışıb. Mərkəz rəhbəri ölkəmizdə buğda istehsalının həcmi, məhsuldarlıq göstəriciləri ilə bağlı son vəziyyəti şərh edib, istehsalın və məhsuldarlığın artırılması, eləcə də idxalın azaldılması yönündə görülən işlərdən danışıb.

Fikrətzadə bu sahədə əsas hədəfin məhdud torpaq resursları nəzərə alınmaqla məhsuldarlığın artırılması, eləcə də işğaldan azad olunan torpaqlarımızın əkin dövriyyəsinə daxil olunması nəticəsində buğda istehsalında artımın əldə edilməsi olduğunu vurğulayıb.

Verilişdə hazırda dünya üzrə buğda istehsalı ilə bağlı mənzərəyə də nəzər salınıb.

Verilişin videoyazısını təqdim edirik: