02 Avqust 2019
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə avqustun 2-də Azərbaycan Televiziyasının (AzTV) “Telesəhər” verilişinin qonağı olub. Mərkəz rəhbəri aqrar sahədə 6 ayın yekunları, eləcə də aparılan islahatların məqsəd və nəticələri, perspektivləri barədə danışıb.
F.Fikrətzadə vurğulayıb ki, islahatların məqsədi kənd təsərrüfatının inkişafının sürətlənməsi, ölkənin ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasıdır: “Bununla yanaşı, fermerlərin rifahının yaxşılaşması, onların gəlir əldə etmələri, biznes imkanlarının genişlənməsi də aqrar islahatların əsas məqsədlərindəndir”.
Mərkəz direktoru daha sonra fermerlərə dövlət dəstəyi və subsidiya siyasəti ilə bağlı fikirlərini bölüşüb.
Verilişdə səsləndirilən digər maraqlı fikirlərlə təqdim etdiyimiz videoda tanış ola bilərsiniz.