19 Avqust 2019
Son günlər mətbuatda ətin bahalaşacağı ilə bağlı fikirlər səsləndirilir. Bu cür fikirlərin müəllifləri bahalaşma ehtimalını ölkədə ət istehsalının azalması, idxalın artması ilə əlaqələndirirlər. ARB 24 telekanalının "Gündəm" proqramının qonağı olan Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə efirdən bu iddialara cavab verib.
ATM rəhbəri bildirib ki, ümumi statistik məlumatlara görə, Azərbaycanın ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 80 faizdən yuxarıdır: “Qoyun əti üzrə bu göstərici daha yuxarı -98 faiz, mal əti üzrə təqribən 83, quş əti üzrə isə 75-76 faizdir”.
F.Fikrətzadə ət istehsalının azalmasının pambıq sahələrinin genişləndirilməsi ilə bağlı olması barədə fikirlərə də tutarlı dəlillərlə cavab verib. Bildirib ki, idxal olunan ətin böyük hissəsi quş ətidir ki, onun da ölkədə istehsalı sənaye üsulu ilə həyata keçirilir. Bu isə o deməkdir ki, quş əti istehsalının örüş sahələrinin azalması və ya artması ilə heç bir əlaqəsi yoxdur.
Mərkəz direktoru çörəyin qiymətinin artacağı ilə bağlı iddiaları da cavablandırıb.
Ümumilikdə bir sıra vacib məqamlarla bağlı açıqlamaların səsləndirildiyi müsahibənin videoyazısını təqdim edirik: