05 Yanvar 2022
Son vaxtlar dünya bazarında buğdanın bahalaşması Azərbaycana da təsirsiz ötüşmədi, unun və çörəyin qiymətlərində artım baş verdi. Qlobal bazarlarda buğda ilə bağlı situasiyanın hansı şərtlər altında formalaşması və Azərbaycanın hansı səbəblərdən bu təsirdən yan keçə bilməməsi, eləcə də ölkədə buğda istehsalı, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsi ilə bağlı məsələlərə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasının “Real intervü” verilişində aydınlıq gətirib.
Mərkəz rəhbəri Azərbaycanın da dünyanın bir parçası olaraq qlobal proseslərdən kənarda qalmadığını qeyd edərək həm dünyada, həm də ölkəmizdə buğda istehsalı ilə bağlı vəziyyəti şərh edib, istehsalın və məhsuldarlığın artırılması, eləcə də idxalın azaldılması yönündə görülən işlərdən danışıb.
Son illər ərzində Azərbaycanın buğda ilə özünütəminat səviyyəsinin 60 faizə çatdığını xatırladan mərkəz direktoru taxılçılıq üzrə ixtisaslaşmış bir neçə ölkədən başqa bütün dövlətlərin taxıl idxal etdiyini vurğulayıb: “Dünyanın inkişaf etmiş ölkələri də - İsrail, Hollandiya, İtaliya, İspaniya, Cənubi Koreya və s. taxılı başqa dövlətlərdən idxal edir. Dünya bazarında taxılın bahalaşması bütün ölkələrə təsir göstərir”.
Eləcə də verilişdə bir sıra maraqlı məqamlara aydınlıq gətirilib.
Verilişin videoyazısını təqdim edirik: