Image

Dünya taxıl bazarının konyukturu və Azərbaycanda taxılla özünütəminat səviyyəsi “Diqqət mərkəzi”ndə - VİDEO

06 Yanvar 2022

Son vaxtlar dünya bazarında buğdanın bahalaşması Azərbaycanda da buğda istehsalı, buğda ilə özünütəminat məsələlərini gündəmə gətirib. Əsas suallar ölkədə buğda istehsalında son durum, bu məhsulla özünütəminat səviyyəsinin artırılması, idxaldan asılılığın azaldılması və qiymət artımı ilə bağlıdır.

Bu suallara Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə İctimai Televiziyanın (İTV) “Diqqət mərkəzi” verilişində aydınlıq gətirib.

Mərkəz rəhbəri həm dünyada, həm də ölkəmizdə buğda istehsalının həcmi, dünya taxıl bazarının konyukturu ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, hazırda Azərbaycanda buğda ilə özünütəminat səviyyəsi 59-60 faizdir. Bu səviyyənin daha da yüksəldilməsinə isə ölkənin təbii-iqlim şəraiti, eləcə də torpaq və su kimi istehsal resurslarının məhdudluğu imkan vermir.

Daha sonra mərkəz direktoru dünya bazarında buğda qiymətlərinin artmasına adekvat olaraq Azərbaycanda da qiymətlərin yüksəlməsinin iqtisadi qanunauyğunluq baxımından izahını verib.

Habelə verilişdə bir sıra maraqlı məqamlara toxunulub.

Verilişin videoyazısını təqdim edirik: