Image

“Hazırda buğda ilə özünütəminetmə səviyyəsi 60 faiz təşkil edir” - Firdovsi Fikrətzadə “Gündəm” verilişinin qonağı olub - VİDEO

06 Yanvar 2022

“Azərbaycanda ərzaq üçün 2.4 milyon ton, yem üçün 500 min ton, toxum üçün 140 min ton buğda istifadə olunur. Ümumilikdə, ölkədə buğdaya cəmi tələbat 3.2-3.3 milyon tondur”, – bunu ARB 24 telekanalının “Gündəm” verilişində ölkədə buğda istehsalı, buğda ilə özünütəminat səviyyəsi ilə bağlı sualları cavablandırarkən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanda 650 min hektar sahədə buğda əkilir, bir hektardan məhsuldarlıq 31.4 sentnerdir və 1.9 milyon ton buğda istehsal olunur. Ölkəyə 1.3 milyon ton buğda idxal olunur, bununla da buğda ilə özünütəminetmə səviyyəsi 59-60 faiz təşkil edir. Müstəqillik dövründə dövlət dəstəyi tədbirləri sayəsində Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi 30 faizdən 60 faizə qaldırılıb.

Həmçinin verilişdə bir sıra maraqlı məqamlara toxunulub.

Verilişin videoyazısını təqdim edirik: