Image

ATM Platforması gənc mütəxəssisləri seminara dəvət edir

01 Fevral 2022

Fevralın 3-də Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) növbəti təqdimatı keçiriləcək.

“Müasir dövrdə ərzaq təhlükəsizliyinin aktual məsələləri: Azərbaycan üçün çağırışlar” adlı seminarda Mərkəzin direktoru Firdovsi Fikrətzadə çıxış edəcək.

Universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları ATM Platformasında iştiraka dəvət olunurlar.

Onlayn formada təşkil olunacaq seminar fevralın 3-də saat 17.00-da başlayacaq. Seminara qoşulmaq sərbəstdir və aşağıdakı linkə keçid etməklə istənilən şəxs iştirak edə bilər:

https://us06web.zoom.us/j/84933696759?pwd=bi96VVZYSnB3N0pQWnRWODhnbnpXUT09

Həmçinin seminar Aqrar Tədqiqatlar Mərkəzinin “Facebook” səhifəsində (https://www.facebook.com/atm.gov.az) canlı yayımlanacaq.

ATM Platformasının ayda bir dəfə olmaqla mütəmadi keçirilməsi nəzərdə tutulur. Platformada hər dəfə bir aktual mövzu üzrə ATM-in və digər qurumların gənc tədqiqatçıları tərəfindən təqdimatlar edilir.