Image

Aqrar İnkişaf Könüllüləri “Aqrar gənclik ayı” layihəsinə start verib

21 Aprel 2022

Aprel ayından “Aqrar İnkişaf Könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Aqrar Gənclik Ayı” layihəsi başlayıb. Layihənin keçirilməsində əsas məqsəd könüllüləri müxtəlif kənd təsərrüfatı müəssisələri ilə tanış etmək, aqrar sahə ilə bağlı təməl biliklərini inkişaf etdirmək ilə yanaşı gənclərin sosiallaşmasını təmin etməkdir.

İlkin mərhələdə layihə çərçivəsində Qəbələ, Yevlax, Goranboy, Şəki ərazisində yerləşən kombinat, zavodlara səfərlər, fermerlərlə görüş təşkil olunub. İştirakçıların nəzəri biliklərlə yanaşı praktik biliklərə daha yaxşı yiyələnmələri üçün səfərlərin təşkili, onların sosiallaşması və aqrar sahədə biliklərinin düzgün tətbiqi məqsədilə fermerlərlə görüşlərin, mütəxəssislər tərəfindən isə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin layihə çərçivəsində ətraf mühitin mühafizəsinin vacibliyini cəmiyyətə çatdırmaq üçün ekoloji aksiyaların keçirilməsi nəzərdə tutulub.

“Aqrar Gənclik Ayı” layihəsində aqrar inkişaf könüllüləri ilə yanaşı digər könüllü təşkilatları da iştirak edir.