Image

FAO-nun Baş direktoru Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub

07 May 2022

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda səfərdə olan Baş direktoru Qu Dongyu və Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” beynəlxalq konfransının iştirakçıları Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar.

Qonaqlara İnstitutda FAO-nun dəstəyi ilə həyata keçirilən “Azərbaycanda sağlam kartof toxumçuluğunun yaradılması” layihəsi barədə təqdimat keçirilib. Bildirilib ki, texniki yardım layihәsi çәrçivәsindә Tәrәvәzçilik Elmi-Tәdqiqat İnstitutunda müasir avadanlıqlarla tәchiz olunmuş Biotexnologiya Laboratoriyası yaradılıb. Laboratoriya in vitro vә müasir istixana şәraitindә kartofun toxuma kulturasından mәrhәlәli şәkildә virus xәstәliklәrindәn azad toxum materialı yetişdirilir vә tәsәrrüfatlarda artırılması istiqamәtindә lazimi tәdbirlәr görülmәkdәdir.

Laboratoriyada aparılan tәdqiqat işinin mәqsәdi virus xәstәliklәrdәn azad kartof toxumlarının alınması, iş prosesindә regenerat bitkilәrin vә mikroyumrulardan alınmış bitkilәrin ELISA üsulu ilә virusla sirayәtlәnmәsinin, in vitro şәraitindә müxtәlif kartof sortlarının hәm regenerat bitkilәrin, hәm dә mikroyumruların alınması vә onların istixana şәraitindә adaptasiya olunmasının öyrәnilmәsidir.

Qonaqlar Biotexnologiya Laboratoriyası, süni iqlim otağı, laminar otağı və qida mühitinin hazırlanması otağı, virusologiya laboratoriyası, kartof yumrularının yetişdirildiyi istixana kompleksi ilə tanış olublar.