10 May 2022
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktor müavini Namiq Şalbuzov “ARB 24” kanalının “İş vaxtı” proqramının qonağı olub. Verilişdə kənd təsərrüfatının rəqəmsallaşdırılması məsələlərindən söhbət açılıb.
Direktor müavini qeyd edib ki, kənd təsərrüfatının rəqəmsallaşdırılması deyiləndə konseptual olaraq 3 istiqamət nəzərdə tutulur: “Birincisi, idarəetmənin rəqəmsallaşdırılması, ikincisi, xidmətlərin rəqəmsallaşdırılması, üçüncüsü isə istehsal proseslərinin rəqəmsallaşdırılması. Hazırda Kənd Təsərrüfatı Nazirliyi sistemində inzibati idarəetmə sahəsində işlər tamamilə rəqəmsallaşdırılıb, elektron qaydada həyata keçirilir”.
Xidmətlərə gəldikdə, N. Şalbuzov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən göstərilən xidmətləri qeyd edib, xüsusilə subsidiyaların verilməsinin tam rəqəmsallaşdırıldlğını vurğulayıb.
İstehsal prosesinin rəqəmsallaşdırılmasına isə direktor müavini istixanaların timsalında aydınlıq gətirib.
Eləcə də proqramda rəqəmsal kənd təsərrüfatının üstünlüklərindən danışılıb, maraqlı məqamlara toxunulub.
Verilişin videoyazısını təqdim edirik: