Image

Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

11 May 2022

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov mayın 14-də saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2357767) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.