02 Sentyabr 2019
2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri |
Əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
Buğda |
1,0 |
200 |
Çəltik |
1,4 |
280 |
Soya |
1,3 |
260 |
Sorqo |
0,5 |
100 |
Digər dənli və dənli paxlalılar (arpa, çovdar, darı, vələmir, noxud, mərci və s.) |
0,8 |
160 |
Qarabaşaq |
0,9 |
180 |
Yer fındığı |
0,9 |
180 |
Zəfəran |
2,0 |
400 |
Günəbaxan |
1,0 |
200 |
Tütün |
1,4 |
280 |
Pambıq |
1,1 |
220 |
Şəkər çuğunduru |
1,4 |
280 |
Kartof |
1,2 |
240 |
Tərəvəz |
1,2 |
240 |
Bostan bitkiləri |
1,1 |
220 |
Digər bitkilər |
0,5 |
100 |
Üzüm: |
|
|
bağın salındığı ildən ilk 4 il ərzində |
3,0 |
600 |
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
Çay: |
|
|
plantasiyanın salındığı ildən ilk 7 il ərzində |
3,5 |
700 |
7-ci ildən sonrakı illər üzrə |
1,2 |
240 |
İntensiv meyvə bağları (qərzəklilər istisna olmaqla) |
|
|
bağın salındığı ildən ilk 4 il ərzində |
4,0 |
800 |
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
İntensiv qərzəkli meyvə bağları |
|
|
bağın salındığı ildən ilk 4 il ərzində |
2,0 |
400 |
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
Digər meyvə bağları |
1,2 |
240 |
Giləmeyvəlilər |
1,0 |
200 |
Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
- əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına görə,
Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Aqrar Subsidiya Şurası həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Qeyd edək ki, açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.