Image

Taxıl biçini ilə bağlı müsabiqə elan edilir

29 İyun 2022

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə taxıl biçini dövründə müsabiqə elan edir. Müsabiqənin məqsədi əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılmasıdır.

Müsabiqənin qalibi adına irəli sürülən namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- yüksək peşə hazırlığı;

- yüksək əmək intizamı;

- biçin dövründə əldə etdiyi nəticələr.

     Taxıl biçini dövründə qalib olmuş əməkdaşlara Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və mükafatlar təqdim olunacaq.