06 İyul 2022
Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177 725 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 faizini, biçin başa çatmış ərazilərin isə 35,12 faizini təşkil edir.
Biçilmiş sahələrdə ən çox yay şumu Neftçala (75,3%) , Zərdab (67,9%), Samux (57,9%), Şabran (42,3%), Hacıqabul (41,4%), Bərdə (37,1%), Kürdəmir (35%), Salyan (31,9%), Qax (30,1%), Ağsu (28,7%) və Ağcabədi (25,3%) rayonlarında aparılıb.
Yay şumu davam edir.