Image

Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Macarıstanda FAO təlimlərinə qatılıb

17 Avqust 2019

Aqrar Tədqiqatlar Mərkəzinin bölmə rəhbəri Pərviz Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regional Ofisinin dəvəti ilə 12-15 avqust 2019-cu il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində təlimçilər üçün keçirilən təlimdə iştirak edib.

Təlim kənd təsərrüfatı, meşəçilik və digər torpaqdan istifadə tədbirlərilə əlaqədar istixana qazlarının emissiyası və sekvestrasiyasının qiymətləndirilməsi məqsədilə Dünya Bankı tərəfindən işlənib hazırlanmış EX-ACT (Ex-Ante Carbon balance Tool) alətindən istifadə ilə bağlı təlimçilərin bilik və bacarıqlarının artırılması mövzusunda olub.

Təlimin sonunda xüsusi təşkil edilmiş testdən uğurla keçdiyinə görə Pərviz Əliyev sertifikatla mükafatlandırılıb. Bu sertifikat sayəsində o, FAO-nun Yaşıl İqlim Fondu Layihələrində (FAO Green Climate Fund Projects) istixana qazlarının emissiyası və sekvestrasiyasının qiymətləndirilməsi üzrə ekspert kimi iştirak etmək hüququ qazanıb.