Image

Ərzaqlıq buğda ilə bağlı Fərmanın əhəmiyyəti

21 İyul 2022

İyulun 19-da Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra - tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bu mövzuda bir neçə televiziyaya və yazılı KİV-ə müsahibə verib. Mərkəz direktoru müsahibələrində qeyd edib ki, cənab Prezident tərəfindən verilmiş bu Fərmanla tətbiq olunması nəzərdə tutulan yeni təşviq mexanizmləri bir neçə istiqaməti əhatə edir: “Birincisi, nəzərdə tutulur ki, pivot suvarma tətbiq edən istehsalçılar tərəfindən dəyirmanlara və Dövlət Ehtiyatları Agentliyinə təhvil verilən ərzaqlıq buğdaya görə subsidiyalar veriləcək.

İkincisi, daha yüksək məhsuldarlıq üçün müasir texnologiyaları tətbiq edən istehsalçıların stimullaşdırılması nəzərdə tutulur.

Nəhayət, üçüncü əhəmiyyətli istiqamət ondan ibarətdir ki, pivot suvarma sisteminin tətbiqi həm də su resurslarından qənaətlə istifadəni şərtləndirmiş olur”.

https://www.youtube.com/watch?v=qxs1IO1DMqI

https://musavat.com/news/bugda-ekenlere-mujde-5-illik-subsidiyadan-kimler-yararlana-bilecek_906705.html