28 İyul 2022
Məlum olduğu kimi, Prezident İlham Əliyev bugünlərdə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra - tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bu mövzuda “Real” televiziyasının “Real intervyu” proqramına müsahibə verib. Mərkəz direktoru qeyd edib ki, yeni mexanizm ilk növbədə suya qənaət edən müasir suvarma sistemlərinin - pivot suvarmanın təşviqini nəzərdə tutur. Həmçinin daha yüksək məhsuldarlıq üçün müasir texnologiyaları tətbiq edən istehsalçıların stimullaşdırılması diqqət mərkəzindədir.
Eləcə də verilişdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin artırılması istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açılıb.
Verilişin videoyazısını təqdim edirik: