06 Oktyabr 2022
Azərbaycan, Qırğızıstan, Özbəkistan və Moldovadan olan mütəxəssislər Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihəsi çərçivəsində həyata keçirilən səfər zamanı qonaqlar institutun fəaliyyəti, icra olunan layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Xarici və yerli mütəxəssislərlə meyvə bitkilərinin seleksiyasında tətbiq edilən müasir metodlar, in-vitro üsulla bitki çoxaldılması, molekulyar biologiya və bağçılıqda tətbiq olunan innovativ texnologiyalar üzrə ətraflı müzakirələr aparılıb.
İnstitutda fəaliyyət göstərən mikroklonal çoxaltma laboratoriyası, yeni fəaliyyətə başlayan molekulyar biologiya laboratoriyasında müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni metod və üsullarla tanışlıq olub.
Sonda qonaqlar təcrübə sahələrinə baxış keçiriblər.