Image

Ərzaq təhlükəsizliyinin prioritetləri - Firdovsi Fikrətzadə “Real İntervyu”da

28 Noyabr 2022

“Kənd təsərrüfatı sahəsi üzrə 10 aylıq nəticələrdə ümumilikdə müsbət məqamlar var. Kənd təsərrüfatında stabil artım dinamikası davam edir, 10 ay ərzində kənd təsərrüfatı məhsulları istehsalı 3,2 faiz artıb. Proqnoz budur ki, bu temp ilin sonuna qədər də qorunacaq”, -bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasının “Real intervyu” proqramına müsahibəsində deyib.

Verilişdə ərzaq təhlükəsizliyinin prioritetlərindən danışılıb, mərkəz rəhbəri maraqlı məqamlara toxunub. F. Fikrətzadə qeyd edib ki, buğda istehsalının artırılması ilə bağlı yeni dövlət dəstəyi mexanizmi yaradılır. Bu mexanizm pivot suvarma sistemlərinin qurulması ilə yüksək məhsuldarlığın əldə edilməsi hesabına yerli buğda istehsalının artırılmasını nəzərdə tutur. Bunun nəticəsində də buğda idxalının əhəmiyyətli dərəcədə azaldılacağı gözlənilir.

Eləcə də verilişdə idxaldan daha çox asılılıq olan günəbaxan və qarğıdalı yağları, şəkər idxalı ilə bağlı maraqlı fikirlər səsləndirilib, bu və digər məhsullarla özünütəminat səviyyəsinin artırılması istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açılıb.

Verilişin videoyazısını təqdim edirik: