01 Oktyabr 2019
Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən cari həftə ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı 2 rayonda (2 qrup) 734 nəfərə 29 təlim keçirilib.
16-27 sentyabr tarixlərində 9 rayonda 5 təlim qrupu tərəfindən yeni subsidiya qaydaları ilə bağlı keçirilən 94 təlimə 2563 nəfər cəlb edilib.
Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları tərəfindən avqust-sentyabr aylarında yeni subsidiya qaydaları ilə bağlı 1484 təlim keçirilib və təlimlərdə 22118 fermer iştirak edib.
Ümumilikdə yeni subsidiya qaydaları ilə bağlı təşkil olunan 1578 təlimə 24681 nəfər cəlb edilib.
Təlimlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün sualları ətraflı cavablandırılıb.
Yeni subsidiya mexanizmi ilə bağlı fermerlərin məlumatlandırılması məqsədilə təşkil olunan təlimlər davam etdirilir.