24 Fevral 2023
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasının “Real intervyu” proqramının qonağı olub. Mərkəz rəhbəri kənd təsərrüfatı sahəsində yeni ilin ilk ayının yekunları barədə danışıb.
“Yanvar ayında ət, süd və yumurta istehsalında stabil artım dinamikası müşahidə olunub. Bu ayda əsas bitkiçilik məhsulları istixana şəraitində yetişdirilən tərəvəz və göyərti məhsullarıdır ki, bu məhsulların da istehsalında artım davam edib. Ümumilikdə yeni mövsüm üçün gözləntilərimiz müsbətdir”, - deyə F. Fikrətzadə qeyd edib.
Verilişdə həmçinin son vaxtlar ətin qiymətinin bahalaşması məsələsinə də toxunulub. Mərkəz direktoru vurğulayıb ki, ət və süd məhsulları ilə özünütəminatın gücləndirilməsi üçün intensiv fermaların genişləndirilməsi əsas çağırışdır.
Verilişin videoyazısını təqdim edirik: