Image

Aqrar Tədqiqatlar Mərkəzi doktorantura hazırlığı üzrə Sahə İqtisadiyyatı ixtisasına qəbul elan edir

03 May 2023

Qəbul Planı, Qəbul Qaydaları, qəbul üçün tələb olunan sənədlər, xarici dil imtahanının təxmini strukturu və ixtisas fənni imtahanının sualları

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə Sahə İqtisadiyyatı – 5312.01 ixtisasına doktoranturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər 12 aprel 2023-cü il tarixindən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu üçün son tarix: 16 may 2023-cü il.

Aqrar Tədqiqatlar Mərkəzi üzrə təsdiq olunmuş Qəbul Planını təqdim edirik:

Fəlsəfə doktoru proqramı üzrə doktorantura, büdcə hesabına 

           İxtisasın şifri             

                     İxtisasın adı                           

Plan yer sayı       

    Əyani     

    Qiyabi    

                  5312.01

                  Sahə iqtisadiyyatı

        -

       2


Elmlər doktoru proqramı üzrə doktorantura, büdcə hesabına

           İxtisasın şifri             

                      İxtisasın adı                         

        Plan yer sayı

    Əyani     

    Qiyabi     

                5312.01

                   Sahə iqtisadiyyatı

         -

        1


Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktorantura və dissertanturaya

QƏBUL QAYDALARI

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin nəzərinə:

  • Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş) Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər.
  • Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
  • Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan  beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyən edilir.
  • Fəlsəfə fənni üzrə imtahan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilir.
  • İxtisas fənnindən qəbul imtahanını Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri tərəfindən yaradılan komissiyahəyata keçirir və imtahana yalnız xarici dil imtahanından müvafiq keçid balını toplamış və fəlsəfə fənlərindən “məqbul” almış şəxslər buraxılır.
  • Şəffaflığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Aqrar Tədqiqatlar Mərkəzində həyata keçirilən ixtisas fənnindən qəbul imtahanının gedişinin  sosial şəbəkə üzərindən birbaşa yayımlanmasınəzərdə tutulur.
  • Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna  ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı 2 il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
  • Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna omaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır)  yuxarıda göstərilən qaydadaqəbul imtahanı verirlər.
  • “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna  “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

https://atm.gov.az/az/activity/14/xarici-dil-imtahaninin-texmini-strukturu/

https://atm.gov.az/az/activity/11/ixtisas-fenninden-imtahan-suallari/

  • “Elmlər doktoru” və “Fəlsəfə doktoru” proqramı üzrə iddiaçıların müvafiq tədqiqat sahəsində yerinə yetirdikləri işlər, çap olunmuş elmi əsərləri və ya seçilmiş ixtisas üzrə təqdim etdikləri referat (fəlsəfə doktoru iddiaçıları), iştirak etdikləri konfranslar, layihələr, proqramlar və s. barədə təqdimatla çıxış etmələri nəzərdə tutulur.

 

Doktorantura və dissertanturaya qəbul üçün tələb olunan

SƏNƏDLƏR

  1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi;
  3. Tərcümeyi-hal;
  4. 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  5. İş yerindən xasiyyətnamə;
  6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış (surəti);
  7. Çap olunmuş elmi işlərin siyahısı (və ya fəlsəfə doktoru hazırlığı üzrə ixtisasa aid referat);
  8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada (notariusda) təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  9. “Elmlər doktoru” elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  10. Şəxsiyyəti təsdiq edən sənədin surəti.