07 İyun 2023
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Real” televiziyasının “Real intervyu” verilişinin qonağı olub. Verilişdə ölkənin kənd təsərrüfatının inkişaf strategiyasından söhbət açılıb.
Mərkəz rəhbəri kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb: “Kənd təsərrüfatının inkişafı həm qeyri-neft sektorunun tərkib hissəsi olaraq, həm də ölkənin ərzaq təhlükəsizliyi baxımından məqsədli proqramlarla əhatə olunub. Artıq formalaşmış aqrar siyasət mexanizmləri var. Dövlətin aydın formada strategiyası mövcuddur ki, biz kənd təsərrüfatında hansı sahələr üzrə qeyri-neft ixracının artırılmasına yönəlmişik”.
Verilişdə, həmçinin özünütəminetmə, ixrac potensialı yüksək olan məhsulların istehsalı, dövlət dəstəyi və s. məsələlərdən danışılıb.
Verilişin videoyazısını təqdim edirik: