Image

“Kənd Təsərrüfatının İqtisadiyyatı” jurnalının növbəti sayı işıq üzü gördü

09 Oktyabr 2020

Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatının İqtisadiyyatı” elmi-praktiki jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında ölkənin tanınmış alimlərinin, eləcə də gənc doktorant və dissertantların kənd təsərrüfatının iqtisadiyyatının müxtəlif sahələrinin, o cümlədən kənd təsərrüfatının dövlət tənzimlənməsi, kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyi və rəqabətqabiliyyətlilik məsələləri, aqrar bazarın inkişafı, infrastrukturun inkişafı və istehsal resursları ilə təminat, aqrar sığorta, kredit və maliyyə problemləri, idarəetmə və institusional inkişaf, eləcə də kənd yerlərinin inkişafı, insan resursları və məşğulluq problemləri məsələlərinin araşdırılmasına həsr olunmuş 13 elmi məqalə dərc olunub.

Üç dildə (azərbaycan, ingilis və rus dillərində) məqalələrin dərc olunduğu jurnalın bu sayında ingilis dilində yazılmış bir neçə məqalə də yer alıb.

Hazırda jurnalın növbəti sayına məqalə qəbulu aparılır.

Qeyd edək ki, “Kənd Təsərrüfatının İqtisadiyyatı” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 06.07.2012-ci il tarixli (protokol № 10-R) qərarı ilə iqtisad elmləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilib. Jurnalın Redaksiya Heyətində ölkəmizdən və bir neçə xarici ölkədən nüfuzlu alimlər təmsil olunur.

Jurnalın tam versiyasına baxmaq üçün bu linkə keçid edin: https://atm.gov.az/az/menu/28/nesrler/