Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

Doktorant və dissertant hazırlığı üzrə qəbul planı

   

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinə
2019-cu il üçün doktorant  və dissertant hazırlığı üzrə təsdiq edilmiş
QƏBUL PLANI

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2019-cu il tarixli 737 s saylı Sərəncamı)

 

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

Doktoranturaya:

Dissertanturaya:

Doktoranturaya:

Büdcə hesabına –

         Əyani – 1 yer

         Qiyabi – 2 yer

Cəmi: 3 yer

Ödənişli əsaslarla -

         Əyani – 1 yer

         Qiyabi – 3 yer

Cəmi: 4 yer

Büdcə hesabına –

          2 yer

Ödənişli əsaslarla –

          3 yer

Cəmi: 5 yer

Büdcə hesabına -

          Qiyabi – 1 yer

Ödənişli əsaslarla -

          Qiyabi – 2 yer

Cəmi: 3 yer

ATM üzrə cəmi:

                                                  15 yer

 

 
 

Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktorantura və dissertanturaya 
QƏBUL QAYDALARI

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktoranturaya və dissertanturaya qəbul olmaq istəyənlərin nəzərinə:

 

  • Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş) Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər.

 

  • Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

 

  • Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
  • Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyən edilir.

 

  • Fəlsəfə fənni üzrə imtahan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən keçirilir.

 

  • İxtisas fənnindən qəbul imtahanını Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız xarici dil və fəlsəfə fənlərindən “məqbul” alan şəxslər buraxılır.

 

  • Şəffaflığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Aqrar Tədqiqatlar Mərkəzində həyata keçirilən ixtisas fənnindən qəbul imtahanının gedişinin sosial şəbəkə üzərindən birbaşa yayımlanması nəzərdə tutulur.

 

  • Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

 

  • Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna omaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) yuxarıda göstərilən qaydada qəbul imtahanı verirlər.

 

  • “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

 

  • Doktoranturaya və dissertanturaya qəbul olmaq istəyənlər xarici dil imtahanının təxmini strukturu ilə, fəlsəfə və ixtisas fənni imtahanlarının sualları ilə Aqrar Tədqiqatlar Mərkəzində (Doktorantura və elmi-təşkilati işlər bölməsində) tanış ola bilərlər.

 

  •  “Elmlər doktoru” və “Fəlsəfə doktoru” proqramı üzrə iddiaçıların müvafiq tədqiqat sahəsində yerinə yetirdikləri işlər, çap olunmuş elmi əsərləri və ya seçilmiş ixtisas üzrə təqdim etdikləri referat (fəlsəfə doktoru iddiaçıları), iştirak etdikləri konfranslar, layihələr, proqramlar və s. barədə təqdimatla çıxış etmələri nəzərdə tutulur.

 

            Doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 25 dekabr  2019-cu ildir.

 

 

 

Doktorantura və dissertanturaya qəbul üçün tələb olunan
SƏNƏDLƏR

  1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi;
  3. Tərcümeyi-hal;
  4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  5. İş yerindən xasiyyətnamə;
  6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış (surəti);
  7. Çap olunmuş elmi işlərin siyahısı (və ya fəlsəfə doktoru hazırlığı üzrə ixtisasa aid referat);
  8. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada (notariusda) təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  9. “Elmlər doktoru” elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  10. Şəxsiyyəti təsdiq edən sənədin surəti.